İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: Sülh istəyirik, kapitulyasiya yox

735 25.11.2025 19:43 Dünya A A

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə sülh planı “düzgün istiqamətdə” irəliləsə də, sənəddə Ukrayna və Avropa üçün qəbulolunan olması baxımından ciddi müzakirə və düzəliş tələb edən məqamlar var.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron RTL radiostansiyasına müsahibəsində danışıb.

 “Bu təşəbbüs sülhə aparan düzgün istiqamətdədir. Lakin planda elə məqamlar var ki, onların müzakirəsi, razılaşdırılması və yaxşılaşdırılması vacibdir. Biz sülh istəyirik, amma kapitulyasiya anlamına gələn sülh yox”,-deyə Makron bildirib.

O vurğulayıb ki, hansı ərazi güzəştlərinə razı olub-olmamağa yalnız ukraynalılar qərar verə bilər.

Fransa lideri qeyd edib ki, müzakirəyə çıxarılan məqamlar əsasən Rusiyanın qəbul etdiyi çərçivə barədə təsəvvür yaradır: “Bu, ruslar üçün qəbuledilən ola bilər. Amma bu, ukraynalıların və avropalıların qəbul etməli olduğu anlamına gəlir? Cavab – xeyr.”

Makronun sözlərinə görə, Rusiya ilə sülh əldə olunacağı təqdirdə Ukraynanın ilk müdafiə xətti onun ordusunun bərpası olacaq və bu proses heç bir şəkildə məhdudlaşdırıla bilməz.

O həmçinin bildirib ki, dondurulmuş Rusiya aktivləri Avropadadır və onların taleyinə yalnız Avropa qərar verə bilər.

Makrondan ABŞ-a səfər edib daha “əlverişli razılaşmaya” nail olmaq üçün vasitəçi kimi çıxış edib-etməyəcəyi soruşulduqda, Fransa prezidenti hazırda belə bir planının olmadığını deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR