İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrondan HƏYƏCANLI AÇIQLAMA: "Rusiya ballistik raketlərlə Avropanı vura bilər"

755 25.11.2025 12:17 Dünya A A

Fransa prezidenti Emmanuel Makron Rusiyanın ballistik raket imkanları ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, Fransa və digər Avropa İttifaqı ölkələri Rusiyanın zərbə radiusu daxilindədir.

Musavat.com xəbər verir ki, bu barədə o, RTL radiosuna müsahibəsində deyib.

"Rusiya sualtı qayıqlar, raketlər, tanklar istehsal edir və Ukrayna cəbhəsinə göndərir. Sabah zəif olsaq, bizə qarşı istifadə edə bilər. Çünki onun çox geniş silah arsenalı var. Və biz bu silahların əhatə dairəsindəyik. Qitələrarası ballistik raketlər, hamımız onların təhdidi altındayıq".

Fransa lideri eyni zamanda Avropa ilə Rusiya arasında strateji qarşıdurmanın dərinləşdiyini vurğulayıb.

"Son illər Rusiya ilə qarşıdurma yeni səviyyəyə çatıb. Rusiya avropalılarla strateji qarşıdurma aparır", - o əlavə edib.

Prezident yenidən Rusiyanı Avropa üçün əsas təhlükə adlandırıb və xəbərdarlıq edib ki, Ukraynaya dəstəkdən imtina etmək zəiflik əlaməti olacaq. "Biz nümayiş etdirməliyik ki, bizi ən çox təhdid edən qüvvəyə qarşı toxunulmazıq", - Makron vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR