Marneuli bələdiyyəsinin Candar qəsəbəsində elektrik transformatoru partlayıb.
Musavat.com xəbər verir ki, hadisə iyunun 9-da günün ikinci yarısında baş verib. Transformatorun partlamasından sonra elektrik kabellərində yanğın baş verib və nəticədə yaşayış məntəqəsinin böyük hissəsi işıqsız qalıb.
Sakinlərin sözlərinə görə, hadisədən əvvəl ərazidə bir neçə dəfə qısaqapanma müşahidə olunub. Yerli əhali bildirir ki, məhz bu qısaqapanmalar nəticəsində bəzi evlərdə məişət texnikaları da sıradan çıxıb.
Faktla bağlı araşdırma davam edir.
Şahanə Rəhimli
Musavat.com






