İnsanlara hürriyət, millətlərə istiqlal!

Masazırda qəzada ölən sürücünü vağzalı ilə dəfnə apardılar - Video

1471 09.12.2025 00:21 Hadisə A A

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində dekabrın 7-də gecə “Hyundai” ilə toqquşan “BMW” markalı avtomobil qəzadan dərhal sonra alovlanıb.

Hadisə zamanı nəqliyyat vasitəsində olan 3 nəfər ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadənin həyatını xilas etmək mümkün olmayıb. Digər iki şəxsin vəziyyəti ilə bağlı müalicə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Q. Əlizadə ailəsi tərəfindən vağzalı sədası ilə son mənzilə yola salınıb. Mərhumun meyiti evdən çıxarılan zaman vağzalı çalınıb, yaxınları isə əllərində xonça tutaraq ona vida ediblər.

 

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR