İnsanlara hürriyət, millətlərə istiqlal!

Mayamidə gizli Ukrayna diplomatiyası: Kreml nümayəndəsi danışıqlar barədə açıqlamada bunları dedi

568 21.12.2025 03:47 Dünya A A

Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-ın Florida ştatının Mayami şəhərində Ukrayna münaqişəsi ilə bağlı keçirilən danışıqları müsbət qiymətləndirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, ABŞ tərəfini təmsil edən Uitkoff və Kuşnerlə aparılan müzakirələr “konstruktiv məcrada” gedir. Dmitriyev bu barədə rusiyalı jurnalistlərə açıqlama verib.

Kreml nümayəndəsi həmçinin bildirib ki, Ukrayna məsələsi ətrafında aparılan təmaslar bununla yekunlaşmayacaq. Danışıqlar şənbə və bazar günləri də yerli vaxtla davam etdiriləcək.

Qeyd edək ki, Mayamidə baş tutan bu görüşlər Rusiya–ABŞ xəttində Ukrayna mövzusu üzrə pərdəarxası diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR