“Qalatasaray” Superkubok finalından sonra diqqətçəkən qərar verib.
“Fənərbaxça”ya məğlub olan sarı-qırmızılılar Superkubok mərasimində iştirak etməmək qərarına gəlib.
Klub bu qərar gəlməsinə keçmiş futbolçusu Gökmen Özdenakın xatirəsini yad edərkən “Fənərbaxça” azarkeşləri tərəfindən fitə basılmalarını səbəb göstərib.
Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda oynanılan final matçı “Fənərbaxça”nın 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.//Qafqazinfo






