Meksika Prezident Klaudiya Şeynbaum Kubaya neft və zəruri yardım mallarının göndərilməsi üçün diplomatik yol axtarır.
Musavat.com xəbər verir ki, bu, prezident ofisinin yaydığı bəyanatda əksini tapıb: "Kubaya neft göndərilməsi diplomatik kanallar vasitəsilə həll ediləcək, digər zəruri mallar isə bu müddət ərzində adaya göndəriləcək".
Şeynbaum Mexikonun Kuba xalqını dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib və yanacaq təchizatı mexanizmlərinin axtarışının "humanitar səbəblərdən" aparıldığını aydınlaşdırdı.
Sənəddə həmçinin qeyd olunur ki, Meksikanın bütün ölkələrlə münasibətləri hörmət və həmrəylik üzərində qurulub. Şeynbaum ABŞ prezidenti Donald Trampla son telefon danışığını hörmətli adlandırdı və əlavə etdi ki, tərəflər ticarət və təhlükəsizlik sahəsində razılaşmalara nail olmaq üçün irəliləyiş əldə edirlər.
Musavat.com






