İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbdə DƏHŞƏT: 9-cu sinif şagirdi müəllimə və sinif yoldaşlarına ATƏŞ AÇIDI

1596 03.02.2026 12:07 Hadisə A A

Rusiyanın Ufa şəhərində yeniyetmə məktəbdə atəş açıb.

Musavat.com xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə şəhərin 16 nömrəli gimnaziyasında baş verib.

“Məlumata görə, atəş açan 9-cu sinif şagirdidir. O, məktəbə plastik pnevmatik silahla daxil olaraq insanlara atəş açıb. Hadisədən əvvəl partlayış səsi eşidildiyi bildirilir”, - Ufa1.ru saytı yazır.

“Mash” xəbər portalının məlumatına görə, şagird diqqəti yayındırmaq üçün əvvəlcə yanğın siqnalından istifadə edib, sonra isə müəllimə atəş açıb.

Respublika rəhbəri Radiy Xabirov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin Ufa1.ru mənbəsi üç nəfərin yaralandığını qeyd edir.

Hadisə barədə məlumatı Başqırdıstan DİN də təsdiqləyib. Rəsmi açıqlamada bildirilir ki, şagird gimnaziyaya plastik pnevmatik avtomatla girərək müəllimə və üç sinif yoldaşına atəş açıb. Hücum edən şəxs saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR