Musavat.com xəbər verir ki, imperator II Nikolayın kolleksiyasına daxil olan nadir Faberje əsəri – məşhur “Qış yumurtası” Londonda keçirilən “Christie’s” hərracında 25,7 milyon dollara alıcı tapıb.
Bu məbləğ Faberje zinət əşyaları üçün indiyədək qeydə alınmış ən yüksək satış qiyməti hesab edilir.
Hərracın aparıcısı Uy Ge Van açıqlamasında bildirib ki, lot gözləniləndən daha böyük maraq doğurub və nəticə Faberje kolleksiyalarının bazar dəyərinin artdığını bir daha göstərib.
Musavat.com






