İnsanlara hürriyət, millətlərə istiqlal!

MİDA mənzilləri satışa çıxarır - QİYMƏTLƏR

5300 01.12.2025 15:12 Ölkə A A

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə mənzillər satışa çıxarılır.

Musavat.com xəbər verir ki, 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.

Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri studio tipli mənzillər üzrə 48 120 manat, 2 otaqlı mənzillər 69 240 manat, 3 otaqlı mənzillər 87 480, 4 otaqlı mənzillər isə 118 800 manatdan başlayır.

Satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR