İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonçunun keçmiş həyat yoldaşı intihar etdi - GÖRÜN HARDA...

1683 09.02.2026 03:01 Dünya A A

Rusiyanın “Alfa-bank”ının direktorlar şurasının keçmiş üzvü Aleksandr Qalitskinin sabiq həyat yoldaşı Aliya Qalitskaya İstra şəhərində yerləşən polisin müvəqqəti saxlanma təcridxanasında intihar edib.

Musavat.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Yevgeniya Merkacheva məlumat yayıb.

Məlumata görə, Aliya Qalitskaya daha əvvəl sabiq həyat yoldaşından hədə-qorxu ilə pul tələb etmə işi üzrə saxlanılmışdı. İttihamın detalları rəsmi şəkildə açıqlanmayıb.

Bildirilir ki, hadisədən əvvəl keçmiş ər-arvad arasında uşaqlarla bağlı kəskin münaqişə yaşanırmış. Bu qarşıdurma məhkəmə çəkişmələri və qarşılıqlı ittihamlarla müşayiət olunub.

Qeyd olunur ki, qadın istintaq və izolyasiya şəraitində həyatına son qoyub. O, geridə qoyduğu məktubda ölümünə görə sabiq həyat yoldaşını günahlandırıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR