Moldova Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir.
Musavat.com xəbər verir ki, bunu Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi mətbuat konfransında bildirib.
Nazir Azərbaycana səfərinin əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib:
“Siyasi dialoqları strateji partnyorluq şəklində davam etdirmək niyyətindəyik. Dövlət başçıları səviyyəsində münasibətlər mövcuddur. Diplomatik görüşlər əlaqələrin inkişafı üçün önəm kəsb edir”.
Moldovalı nazir diqqətə çatdırıb ki, iqtisadi əlaqələrin inkişafı üçün potesial böyükdür:
“Biz Azərbaycan tərəfinə enerji böhranı zamanı dəstəyinə görə təşəkkür edirik. Təkcə qaz deyil, yaşıl enerji dəhlizi çərçivəsində də əməkdaşlıq etmək niyyətimiz var. Hökumətimiz Azərbaycan qazının alınması, o cümlədən davamlı investisiyada maraqlıdır”.
Nigar Həsənli
Musavat.com






