Monteneqro Vaşinqton sazişini çox müsbət qarşılayır.
Musavat. com xəbər verir ki, bunu Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Bakıda mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, regionda əldə olunan irəliləyişlər məmnunluq yaradır:
“Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq. Fürsətdən istifadə edib həmkarım Ceyhun Bayramovu Monteneqroya rəsmi səfərə dəvət edirəm”.
Nigar HƏSƏNLİ,
Musavat.com






