İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotikə görə saxlanılan məşhurlardan xəbər var

620 19.02.2026 16:05 Şou-biznes A A

İstanbul Anadolu Cumhuriyet Başsavcılığı tərəfindən aparılan “narkotik” istintaqı çərçivəsində İstanbul Narkotik Suçlarla Mücadele Şube Müdürlüğü əməkdaşları tərəfindən saxlanılan 21 şübhəlinin İstanbul İl Emniyet Müdürlüğündə qanuni prosedurları başa çatıb.

Musavat.com xəbər verir ki, əməliyyat çərçivəsində saxlanılan və aralarında müğənni Murat Dalkılıç, Rıza Kaan Tangöze, stilist Kemal Doğulu, idmançı Adem Kılıçcı və aktyor İsmail Hacıoğlunun da olduğu ümumilikdə 21 nəfər ədliyyəyə göndərilib.

İstintaq çərçivəsində müğənni Edis Görgülü barəsində də saxlanılma qərarı çıxarılıb. Saxlanılanlar arasında bəzi iş adamlarının da olduğu bildirilir.

Əməliyyat zamanı “Duman” qrupunun solisti Rıza Kaan Tangöze 17,6 qram marixuana, İsmail Hacıoğlu isə 33 qram marixuana maddəsi ilə saxlanılıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR