İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Ermənistanla münasibətlərdə yeni mərhələyə hazırlaşır – 2026 üçün plan açıqlandı

464 20.12.2025 13:12 Dünya A A

NATO Ermənistanla tərəfdaşlıq üzrə yeni çərçivə sənədini 2026-cı ildə razılaşdırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Radmila Şekerinska Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşün yekununda açıqlama verib.

Şekerinska bildirib ki, görüş zamanı Ermənistanın müdafiə sahəsində aparılan islahatları müzakirə etməkdən məmnun qalıb və İrəvanın NATO missiyalarına töhfəsini yüksək qiymətləndirib. O xüsusilə Ermənistanın Kosovoda NATO-nun KFOR qüvvələrində iştirakını vurğulayıb.

“Biz islahatları dəstəkləməyə hazırıq və tərəfdaşlığımız üçün yeni çərçivə sənədini gələn il razılaşdırmağa ümid edirik”, – deyə Şekerinska X sosial şəbəkəsində yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR