İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Finlandiyada möhkəmlənir: Alyans Rusiyanın sərhədində yeni qərargah qurur

483 24.11.2025 23:37 Dünya A A

Musavat.com xəbər verir ki, Finlandiya müdafiə naziri Antti Hakkannen ölkəsində NATO-nun daimi komandanlıq bölməsinin yerləşdirilməsi planlarını təsdiqləyib.

Bildirilir ki, bu struktur ABŞ-ın Norfolk şəhərindən idarə olunan alyansın birgə əməliyyatlar rəhbərliyinin tərkib hissəsinə çevriləcək. Qərarın 2026-cı ilin fevralında NATO müdafiə nazirlərinin toplantısında rəsmiləşdirilməsi gözlənilir.

Hakkannenin sözlərinə görə, yeni qərargah Finlandiyada mövcud olan NATO infrastrukturunu daha da gücləndirəcək və ölkənin milli idarəetmə mexanizmləri ilə inteqrasiya olunacaq.

Bu addımın strateji mənası isə aydındır: Finlandiya faktiki olaraq NATO-nun Şimal qovşağına çevrilir və alyans Rusiyanın sərhədləri boyunca daimi mövcudluq əldə edir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR