İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiyanı sarsıdıcı cavabla HƏDƏLƏDİ

526 12.02.2026 12:21 Dünya A A

NATO-nun baş katibi Mark Rütte Suvalki dəhlizinin blokadaya alınması cəhdinə alyansın reaksiyasının sarsıdıcı olacağını bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə “Polskie Radio”ya açıqlamasında danışıb.

“Heç kim bizə hücum edə biləcəklərini düşünməsin, çünki cavabımız dağıdıcı olacaq”, - deyə Rütte NATO-nun mümkün reaksiyasından bəhs edərkən vurğulayıb.

Alyansın baş katibi qeyd edib ki, müttəfiqlər kəşfiyyat məlumatları nəzərə alınmaqla müxtəlif ssenariləri əhatə edən hərbi təlimləri mütəmadi şəkildə keçirirlər.

Litva hakimiyyəti isə dəfələrlə Rusiyanın Suvalki dəhlizi ərazisini ələ keçirmə ehtimalı ilə bağlı narahatlıq ifadə edib və müdafiə imkanlarını yoxlamaq üçün həmin bölgədə hərbi təlimlər təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR