İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda ağır qəza - 6 nəfər xəsarət aldı

507 25.01.2026 23:15 Ölkə A A

Naxçıvanda ağır qəza 6 nəfərin xəsarət almasına səbəb olub.

Yol-nəqliyyat hadisəsi Naxçıvan-Ordubad magistralının Babək rayonunun Çeşməbasar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "NAZ-Lifan" markalı avtomobillə "Xəzər" markalı avtomobil toqquşub. Baş verən qəzada 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR