Gələcəkdə il ərzində birbaşa uçuşların təşkili barədə düşünmək olar.
Musavat.com xəbər verir ki, bunu Monteneqro Respublikası baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç bildirib.
Nazir qeyd edib ki, ölkələr arasında turizmin inkişafı baxımından birbaşa uçuşların təşkili önəmlidir:
“Azərbaycan enerji və nəqliyyat enerji sahəsində haba çevrilə bilər. Bildiyiniz kimi, İtaliya ilə Balkanlar arasında Monteneqro hab rolunu oynayır. Bərpalunan enerji mənbələrinə gəlincə, potensial çox böyükdür. Biz dost ölkə Azərbaycanla uğurlu layihələr həyata keçirə bilərik”.
Nigar HƏSƏNLİ,
Musavat.com






