İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini süni intellekt texnologiyalarının səmərəli tətbiqindən danışdı

467 20.02.2026 15:30 Ölkə A A

"Süni intellekt ekosisteminin inkişafı üçün dövlət-özəl sektor əməkdaşlığı əsas prioritetlərdən biridir. Burada məqsəd innovasiyalar üçün əlverişli biznes mühiti yaratmaq və yerli təşəbbüsləri stimullaşdırmaqdır".

Musavat.com xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib. 

Nazir müavini vurğulayıb ki, bu istiqamətdə yerli və xarici investisiyaların cəlb edilməsi, sahibkarlıq subyektlərinə maliyyə və institusional dəstəyin gücləndirilməsi, eləcə də süni intellekt sahəsində pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur:

"Tədbirlər Planına uyğun olaraq, süni intellekt sahəsində fəaliyyət göstərən azı 50 sahibkarlıq subyektinə güzəştli kreditlərin verilməsi planlaşdırılır. Eyni zamanda texnologiya parklarına və sənaye zonalarına bu sahədə çalışan yeni rezidentlərin cəlb edilməsi də əsas hədəflərdəndir.

Bütün bu addımların məqsədi yerli həllərin yaranmasını sürətləndirmək, startapların inkişafını dəstəkləmək və süni intellekt sahəsində rəqabətqabiliyyətli innovasiya mühiti formalaşdırmaqdır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR