İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “ScaleAI” nümayəndələri ilə görüşüb

476 06.03.2026 12:00 Ölkə A A

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “ScaleAI” şirkətinin nümayəndələri ilə görüş keçirib.

Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.

Görüş zamanı Azərbaycanla “ScaleAI” arasında süni intellektin tətbiqi, prioritet istifadə ssenarilərinin həyata keçirilməsi və ölkədə süni intellekt ekosisteminin inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin qısa və uzunmüddətli mərhələlərdə süni intellekt layihələrinin miqyasının artırılması, yerli istedadların inkişafı və ekosistem tərəfdaşlıqlarının formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR