İnsanlara hürriyət, millətlərə istiqlal!

Nemət Pənahlının oğlu video yaydı, hamı təəccübləndi

6911 22.03.2026 18:11 Ölkə A A

Azərbaycan milli azadlıq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlının musiqiçi oğlu Oğuzxan Pənahlı yeni ifası ilə diqqətləri cəlb edib.  

Musavat.com xəbər verir ki, Oğuzxan sosial media hesabında növbəti musiqi paylaşımı ilə izləyicilərinin qarşısına çıxıb.



Oğuzxan sözləri İslam Səfərliyə, musiqisi isə Polad Bülbüloğluna məxsus olan “Gözlə məni” mahnısını özünəməxsus tərzdə ifa edib. Paylaşım qısa müddətdə izləyicilər tərəfindən maraqla qarşılanıb və onun ifasına çoxsaylı müsbət rəylər yazılıb.

Picture background

Xatırladaq ki, Oğuzxan Pənahlı musiqiyə hələ kiçik yaşlarından maraq göstərib. O, 2018-ci ildə “Azərbaycanın səsi – bala” müsabiqəsində iştirak edərək ilk yaradıcılıq addımlarını atıb. Ali təhsilini isə Ankarada alıb.Qeyd edək ki, Nemət Pənahlının 6 övladı var – 2 qız və 4 oğlan. Oğuzxan ailənin ən kiçik övladıdır.



Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR