İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç gələn il Ukraynaya 8,4 milyard dollar yardım ayıracaq

552 29.11.2025 02:38 Dünya A A

Norveç hakimiyyəti 2026-cı ildə Ukraynaya dəstək üçün 8,4 milyard dollar ayırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg Norveçdə müzakirə olunan büdcə layihəsinə istinadən yayıb.

"Norveçin hazırkı dəstəyinin uzunmüddətli olacağına hazırlaşmalıyıq", - deyə Norveç Parlamentinin Xarici İşlər və Müdafiə Komitəsinin rəhbəri İne Eriksen Söreyde bildirib. Onun sözlərinə görə, "bu yardımın həcminin yaxın gələcəkdə azalacağına inanmaq üçün heç bir səbəb yoxdur".

O, həmçinin əsasən Skandinaviya ölkələrinin deyil, ABŞ-ın da Ukraynaya dəstək verməli olduğu fikrini dilə gətirib.

Bloomberg xatırladır ki, Norveç Kiyevə iqtisadiyyatının həcminə əsasən hesablandıqda ən çox yardım göstərən ölkələrdən biridir. 2025-ci ildə bu ölkə Ukrayna üçün 8,4 milyard dollar ayırıb.

Noyabrın 13-də  Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin ABŞ-dan Ukraynaya transfer üçün hərbi yardımın alınmasını nəzərdə tutan PURL proqramı çərçivəsində 500 milyon dollar ianə edəcəyi bildirilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR