Kanadada tüğyan edən meşə yanğınlarının yaratdığı nəhəng və qatı duman buludu ABŞ-ın bir çox bölgələrini, xüsusilə də Nyu-Yorku cənginə alıb.
Şəhərdə dumanın sıxlığı o dərəcəyə çatıb ki, mənzərə Hindistanın ekoloji cəhətdən ən çirkli şəhərlərindən olan Mumbayı xatırladır.
Musavat.com xəbər verir ki, yaranmış təhlükəli vəziyyətlə əlaqədar yerli hakimiyyət orqanları əhaliyə ciddi xəbərdarlıq edib.
Sakinlərə havanın həddindən artıq çirklənməsi səbəbindən zərurət yaranmadıqca küçəyə çıxmamaq və qapalı məkanlarda qalmaq tövsiyə olunur.
Mütəxəssislərin və alimlərin apardığı araşdırmalara görə, meşə yanğınlarının tüstüsü ilə zəngin olan belə havanı tənəffüs etmək insan orqanizmi üçün son dərəcə zərərlidir.
Həkimlər bildirirlər ki, bu cür havada nəfəs almaq gün ərzində bir neçə siqaret çəkməyə bərabər mənfi təsir göstərir.
Musavat.com






