İnsanlara hürriyət, millətlərə istiqlal!

Ofis şənliklərinin çirkli üzü: Hər üç ofis işçisindən biri ... - Araşdırma

1338 23.12.2025 21:07 Gündəm A A

Beynəlxalq tanışlıq platforması "Sexlog" ofis şənlikləri ilə bağlı maraqlı statistik məlumatlar açıqlayıb.

Musavat.com xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 6 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, korporativ tədbirlər bəzən “komanda oyunu”ndan xeyli kənara çıxır.

Araşdırma göstərir ki, respondentlərin 34 faizi ən azı bir dəfə korporativ tədbir zamanı intim münasibətdə olub. Onların 14 faizi isə bunu bir dəfədən çox yaşadığını etiraf edib. Eyni zamanda iştirakçıların 51 faizi belə hallarla bağlı düşüncə və fantaziyalarının olduğunu, lakin bunları reallaşdırmadığını bildirib.

Sorğuda diqqət çəkən başqa bir məqam da “bayram münasibətlərinin” kimlər arasında baş verməsidir. Məlumata görə, bu cür yaxınlaşmaların 74 faizi birbaşa iş yoldaşları və ya digər əməkdaşların partnyorları ilə olub. Yalnız 5 faiz respondent korporativ tədbirlərdə intim münasibət barədə heç vaxt düşünmədiyini, bu məsələdə ailə və ya şəxsi münasibətlərə sadiq qaldığını deyib.

Ən çox seçilən məkanlar sırasında tualetlər (46%), şəxsi kabinetlər (13%), pilləkənlər və pilləkən meydançaları (10%), eləcə də rəhbərin otağı (6%) yer alıb. Sorğuda iştirak edənlərin bir qismi isə bu cür halların anbar, lift və ya dayanacaq kimi yerlərdə də baş verdiyini qeyd edib.

Ekspertlər vurğulayır ki, bu statistika korporativ mədəniyyət, iş yerində etik davranış və şəxsi sərhədlər mövzusunda ciddi müzakirələr üçün əsas yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR