İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar Xodorkovskidən mükafat almağı rədd etdilər  

590 24.12.2025 18:04 Dünya A A

Rusiyanın “Proyekt” portalının jurnalisti Yekaterina Arenina oliqarx Mixail Xodorkovski tərəfindən təsis edilən “Peşə - jurnalist” mükafatını almaqdan açıq şəkildə imtina edib.

Musavat.com xəbər verir ki, Arenina həmmüəllifi Roman Badaninlə birgə çəkdiyi “Katyanın bağı” sənədli filminin mükafatın şort-listindən çıxarılmasını xahiş edib.

Film daha əvvəl mükafatın namizədləri siyahısına daxil edilibmiş.

Jurnalist müraciətində bildirib ki, hazırkı şəraitdə nə o, nə də həmmüəllifi Xodorkovski ilə əlaqəli olan jurnalist mükafatını, xüsusilə də pul mükafatını qəbul etməyi mümkün hesab etmir. Onun sözlərinə görə, bu mövqe barədə təşkilatçılar hələ ötən il məlumatlandırılıb və indi işin rəsmi şəkildə səsvermədən çıxarılması xahiş olunur.

Bu mövqeyə “Mediazona” nəşrinin jurnalisti Yeqor Skovoroda da qoşulub. O xatırladıb ki, ötən il namizəd göstərilən materialın redaktoru olduğu halda belə, mükafatın təqdimetmə mərasiminə qatılmaqdan imtina edib. Skovorodanın sözlərinə görə, Leonid Nevzlinlə bağlı qalmaqallı hadisələrdən sonra Xodorkovski layihələri ilə əlaqəli olmaq “ən azı qəribə, əslində isə utancvericidir”.

Jurnalist vurğulayıb ki, Xodorkovski indiyədək Leonid Nevzlini açıq şəkildə qınamayıb və onu müdafiə etməyə davam edir. Halbuki “Proyekt” və “Mediazona” jurnalistləri Nevzlinə aid elektron poçt yazışmalarını təsdiqləyərək onun Leonid Volkova qarşı sui-qəsddə rolunu ortaya çıxarıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR