İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban Türkiyəyə GEDİR - Ərdoğanla DANIŞACAQ

598 07.12.2025 15:30 Dünya A A

Macarıstanın baş naziri Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək. 

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhaneddin Duran dekabrın 7-də "NSosyal" platformasında məlumat verib.

Məlumatda bildirilir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Macarıstan nümayəndə heyəti Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.

Səfər çərçivəsində iki ölkə arasında münasibətlər bütün aspektləri üzrə ətraflı müzakirə olunacaq, ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasının möhkəmləndirilməsinə yönəlmiş bir sıra sazişlərin imzalanması planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR