İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan kilsəni “təmizlədi” – Erməni keşişindən sensasion açıqlama

927 28.11.2025 16:20 Region A A

Ermənistanın Burakan kəndindəki Müqəddəs İoann kilsəsinin rəhbəri, ierey Vrtanes Bağalyan sensasion bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Erməni Apostol Kilsəsinin yüksək rütbəli xadimləri Katolikosun əleyhinə bəyanatı şantaj, hədə və kompromatların təsiri altında imzalayıb.

Bağalyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan uzun müddətdir parlament tribunalarından “pis kilsə xadimləri” barədə kompromatlar yayıb, nifrət və qarşıdurma toxumu səpib. Məhz həmin şəxslər sonda onun ətrafında toplanıblar.

Keşişin iddiasına görə, hətta bu bəyanatı imzalayanlar 8 nəfər yox, daha çox olsaydı belə, kilsə nizamnaməsi Katolikosun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutmur.

Vrtanes əlavə edib ki, Paşinyanla görüşdə iştirak edənlər arasında Qondarma “Artsax”ın keçmiş yeparxiyasının rəhbəri, yepiskop Abramyan da vardı. Halbuki Paşinyanın özü hələ bir müddət əvvəl həmin yeparxiyanın tamamilə ləğv edilməsini tələb edirdi.

Keşişin açıqlaması Ermənistanda siyasət–kilsə münasibətlərində gərginliyin daha da artdığını göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR