Paşinyan Zəngəzur üzrə ABŞ–Rusiya mövzusunu Putinlə müzakirə etməyə çağırdı
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə bağlı ABŞ-la aparılan danışıqlar fonunda bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməyə hazır olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, hazırda ABŞ ilə TRIPP (Zəngəzur) yolunun tətbiqi və tikintisi istiqamətində kifayət qədər konstruktiv ikitərəfli danışıqlar aparılır. O vurğulayıb ki, bu proses region üçün real və məzmunlu dəyişikliklər vəd edir.
Baş nazir qeyd edib ki, Zəngəzur mövzusu Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərdə də bir sıra həssas və vacib məqamlarla bağlıdır. Paşinyan hesab edir ki, mövcud şəraitdə bütün bu məsələləri ətraflı şəkildə müzakirə etmək üçün münasib fürsət yaranıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə bağlı ABŞ-la aparılan danışıqlar fonunda bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməyə hazır olduğunu bildirib.

Musavat.com