İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Qərb səfirliklərinə Zəngəzur tələbi: "Bu qadağanı dərhal ləğv edin"

1760 12.02.2026 14:14 Dünya A A
 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin Ermənistan-Azərbaycan sərhədyanı bölgələrinə, xüsusən də Sünik (Zəngəzur) vilayətinə səfər qadağası qoymasından narahatlığını ifadə edib. 

Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, Paşinyan bu cür xəbərdarlıqların artıq reallığı əks etdirmədiyini və sülh prosesinə mane olduğunu bildirib.

Hökumətin iclasında çıxış edən Paşinyan qeyd edib ki, bir çox ölkənin səfirliyi hələ də öz vətəndaşlarına "Sünik" bölgəsinə getməməyi tövsiyə edir. O, bu yanaşmanı "inersiya ilə atılan addım" adlandırıb:

"Cənab Mirzoyan (Xarici işlər naziri Ararat Mirzoyan), bu səfirliklərlə ciddi işləmək lazımdır ki, onlar köhnə vərdişlərdən əl çəksinlər. Sünikə və digər sərhədyanı bölgələrə qoyulan səfər məhdudiyyətləri ləğv edilməlidir. Bu, ölkədəki sabitlik və turizmin inkişafı üçün vacibdir".

Xəbərdə qeyd olunur ki, Paşinyan konkret dövlət adı çəkməsə də, bu cür "qırmızı zona" xəbərdarlıqlarını ən çox ABŞ, Fransa və digər Qərb ölkələrinin səfirlikləri yayır. Erməni baş nazir iddia edib ki, Ermənistan 2025-ci ilin cinayətkarlıq statistikasına görə dünyanın ən təhlükəsiz ölkələrindən biridir və sərhəddəki vəziyyət artıq əvvəlki kimi gərgin deyil.

Ekspertlər isə hesab edir ki, Qərb səfirliklərinin bu qadağaları qüvvədə saxlaması bölgədə hər an hərbi gərginliyin yarana biləcəyi barədə onların kəşfiyyat məlumatlarına əsaslanır. Paşinyanın bu tələbi isə seçkiqabağı "hər şey nəzarətdədir" imici yaratmaq cəhdi kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR