İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın "Metsamor" açıqlaması Ermənistanı qarışdırıb - ermənişünas alimdən açıqlama

709 12.02.2026 20:35 Siyasət A A
 

Hər kəsə məlumdur ki "Metsamor" Atom Elektrik Stansiyasının istismar müddəti sona çatıb. Bu il o stansiya bağlanmalıdır  və onun istismarının uzadılması bölgə üçün təhlükə deməkdir.  


Ermənişünas alim, professor Qafar Çaxmaqlı baş nazir Nikol Paşinyanın son açıqlaçaları ilə bağlı Musavat.com-a danışarkən belə deyib.

Professor əlavə edib ki, bu stansiyaya cavabdeh olan “Rosatom”dan dəfələrlə səsləndirilib ki, AES bağalanmalıdır, çünki onun təmiri də çox baha başa gəlir: “Amma Ermənistan rəhbərliyi  Paşinyanın dilindən səssləndirdi ki, ölkə və bölgə üçün təhlükə olan bu stansiyanın  müddətini daha on il uzatmaq istəyir. Ermənistandakı müzakirələrdə  mütəxəssislər belə naşı yanaşmanı "siyasi avantura" adlandırırlar.

 "Stansiya bağlansa, Ermənistan enerjini necə təmin edəcək?" sualına birmənalı cavab vermək mümkün deyil. Bu səbəbdən ABŞ-nin təklif etdiyi modul tipli atom stansiyalarının yaradılması ideyası ortaya atılıb.

Ehtimal ki, ABŞ-nin vitse-prezidenti Vensin səfəri zamanl bu məsələ də müzakirə mövzusu olub və Paşinyan İctimai TV-ə müsahibəsində bu məsələnin danışıldığını təsdiqləyib. Amma modul tipli kiçik stansiyaların Ermənistanın enerji ehtiyacını təmin etməsi məsələsi var və Metsamoru onlar əvəz edə bilməzlər”. Q.Çaxmaqlının fikrincə, stansiyanın müddətinin uzadılmasının özü də çətin bir proses deməkdir:

“Bu, Rusiyanın verəcəyi siyasi bir qərara bağlıdır. Metsamorun bütün yanacağı Rusiyadan gəlir. Rusiyanın Ermənistanı öz təsir dairəsində saxlamaq üçün  həmin müzakirələrdə  Ermənistana ciddi şərtlər qoyacağı aşkardır. Bu şərtlərdən biri modul tipli atom stansiyalarının tikintisindən imtina etməsidir. Paşinyanın parlamentdə dedikləri həmin məsələyə hesablanmışdı.

O, "Metsamor"un yerinə hansı addımların atılacağından qəsdən danışmır və və açıq şəkildə Rusiyaya mesaj verir ki, biz Rusiyanın nüvə asılılığından imtina etməyəcəyik. Buna ikili oyun oynamaq da demək olar. Ekspertlərin dediklərinə qulaq asmayan Ermənistan höküməti Metsamor qərarına siyasi olaraq baxır və onun təhlükəsini, onun zəlzələ fayl xəttinin üstündə olduğunu   sadəcə olaraq dərk etmir”.

Qeyd edək ki, Rusiyadan ABŞ-Ermənistan anlaşmalarına, xüsusən də İrəvanın AES-lə bağlı Vaşinqtonla işbirliyi əldə etməsinə verilən sərt reaksiya Ermənistan rəhbərliyini narahat edib. Baş nazir Nikol Paşinyan operativ şəkildə Rusiyanı sakitləşdirməyə hesablanmış açıqlama ilə çıxış edərək deyib ki, Ermənistanın mövcud atom elektrik stansiyasının istismar müddəti 2046-cı ilə qədər uzadıla bilər.
Xatırladaq ki, 2023-cü ildə Rusiyanın “Rosatom Xidməti” və Ermənistan Atom Elektrik Stansiyası Atom Elektrik Stansiyasının istismar müddətinin 2036-cı ilə qədər uzadılmasına dair saziş imzalayıb.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR