İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın bir hissəsində İŞIQ KƏSİLƏCƏK

753 13.05.2026 09:55 Ölkə A A

Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.

Bu barədə Musavat.com-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar saat 11:00-dan 15:00-dək Binə qəsəbəsi Südçülük sovxozu yaşayış massivi, Xəqani və Lələtəpə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR