İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı

669 14.07.2026 12:04 Sosial A A

Bu ilin birinci yarısında pensiya ödənişlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz (368 milyon manat) çox - ümumilikdə 3 milyard 916 milyon manat vəsait xərclənib.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Musavat.com-a verilən məlumata görə, ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. İyulun 1-nə olan göstəricilərə əsasən, orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, yaşa görə orta aylıq pensiya isə 632 manata çatıb.

Həmçinin cari ilin ilk yarısında 23 min pensiya e-sistem üzərindən proaktiv qaydada təyin edilib. Elektron təyinatın tətbiq olunduğu 2019-cu ildən bəri bu xidmətdən yararlananların sayı 201 minə çatıb.

Pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artaraq 3,9 milyard manata çatıb

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR