Rusiyada böyük rezonans doğuran dələduzluq işi üzrə yeni detallar açıqlanıb.
Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 8 qadın və 1 kişi heç vaxt mövcud olmayan uşaqlara görə dövlət müavinətlərinin sistemli şəkildə alınmasını təşkil edib.
İstintaq materiallarında bildirilir ki, sxemin əsas fiquru olan kişi ölkənin müxtəlif şəhərlərində yerləşən çoxfunksiyalı dövlət xidmət mərkəzlərinə (MFC) müraciət edərək özünü ev şəraitində doğuş prosesində iştirak etmiş şəxs kimi təqdim edib. O, mərkəz əməkdaşlarına müxtəlif tanış qadınların uşaqlarını guya şəxsən dünyaya gətirməsinə şahidlik etdiyini deyib və bu əsasla doğum faktlarını təsdiqləyən sənədlərin rəsmiləşdirilməsinə nail olub.
Dələduzluq sxemində saxta pasportlardan və uydurma şəxsiyyətlərdən istifadə edilib. Rəsmi kağızlar üzərində guya 600-dən çox uşaq doğulub və həmin “uşaqlar” üçün dövlət büdcəsindən iri məbləğdə sosial ödənişlər çıxarılıb.
Cinayət sxemi təxminən 20 regionda eyni vaxtda ifşa olunub. İlkin hesablamalara görə, dövlətə dəyən zərər 237 milyon rubl (5 003 389 manat) təşkil edir. Hazırda iş üzrə istintaq yekunlaşıb və materiallar məhkəməyə göndərilib.
Musavat.com






