İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian 1000 dollar maaş alır - İrana dost və düşmən ölkələrin başçıları isə...

1158 12.02.2026 17:55 Ölkə A A

İran Prezidenti Məsud Pezeşkian ölkə iqtisadiyyatının çətin günlər keçirdiyi bir vaxtda özünün aylıq qazancı ilə bağlı sensasion açıqlama verib. Dövlət başçısı milli valyutanın (rialın) son aylarda rekord həddə dəyər itirməsindən sonra maaşının xeyli azaldığını bildirib. Pezeşkian hazırda ayda cəmi 1000 dollar civarında əməkhaqqı aldığını deyib.

Prezidentin öz maaşını açıqlaması İranla düşmən və dost münasibətlərdə olan ölkələrin prezidentlərinin maaşlarının nə qədər olması sualını aktuallaşdırır.

Musavat.com-un araşdırmasına görə, dünyanın ən böyük dövlət büdcəsinə malik ölkəsi olan ABŞ-nin prezidentinin illik baza maaşı açıqlanan rəsmi rəqəmlərə görə, 400 000 ABŞ dollarıdır. Bu, ayda təxminən 33 000 dollar deməkdir.

İranın ABŞ-dən kiçik, lakin ən böyük düşməni hesab etdiyi İsrailin baş nazirinin son yayılan rəsmi məlumata görə, aylıq baza maaşı təxminən təxminən 19 000 ABŞ dolları səviyyəsindədir.

İranın dostu sayılan Rusiyanın prezidentinin rəsmi illik maaşı barədə müxtəlif mənbələrdə təxminən 113 000–140 000 dollar arası qiymətlər göstərilir. Bu məbləğ təxminən aylıq 11 000 dollar ətrafındadır.

İranın müdafiəçisi qismində çıxış edən ikinci ən böyük ikinci dövlət - Çin Xalq Respublikasının sədrinin rəsmi baza əməkhaqqı isə çox aşağı göstərilir – bəzi mənbələrdə illik 22 000 dollar, yəni aylıq 1 800 dolar səviyyəsində olduğu bildirilir. Bununla belə, Çin sistemində dövlət başçısının maaşından əlavə digər sosial təminatlar və vəzifə kompensasiyaları nəzərə alınır. Çin modelində rəsmi maaş adətən çox aşağı göstərilir, çünki dövlət başçısı eyni zamanda, Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri və Mərkəzi Silahlı Qüvvələr Komissiyasının sədri olduğu üçün gəlirlərin hesablanması daha mürəkkəbdir.

Xüsusi qeyd edək ki, bu rəqəmlər yalnız dövlət başçılarının rəsmi maaşını əks etdirir — əlavə müavinətlər, sığorta, səyahət xərcləri və digər ödənişlər məbləğə daxil olmaya bilər.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR