İnsanlara hürriyət, millətlərə istiqlal!

Pompeo: “Putin minlərlə insanın ölümünə görə mükafatlandırıla bilməz”

656 22.11.2025 00:47 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ-ın keçmiş Dövlət katibi Mayk Pompeo Rusiyaya qarşı təzyiqlərin artırılmalı olduğunu bəyan edib.

Onun sözlərinə görə, Kreml rəhbərinin Ukraynada törətdiyi hərbi cinayətlərə baxmayaraq, ona güzəşt edilməsini tələb edən çağırışlar yolverilməzdir.

Pompeo xüsusilə vurğulayıb:

“Putin minlərlə insanı qətlə yetirdiyinə və 20 min ukraynalı uşağı qaçırdığına görə mükafatlandırıla bilməz. İndi təzyiqi artırmağın vaxtıdır — ayağımızı qazdan çəkmək yox”. 

Sabiq dövlət katibi hesab edir ki, Rusiyanın aqressiyasına qarşı sərt xətt davam etməli, hər hansı güzəştlər isə Moskvanı daha da cəsarətləndirə bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR