İnsanlara hürriyət, millətlərə istiqlal!

Praqadan sərt şərt: Çexiya Ukraynaya sursat tədarükünü dayandırmır, amma…

484 07.01.2026 15:16 Dünya A A

Çexiya Ukraynaya hərbi sursat tədarükü proqramını dayandırmaq niyyətində deyil, lakin bunun üçün vacib şərt irəli sürülüb.

Musavat.com xəbər verir ki, ölkənin baş naziri Andrey Babiş bildirib ki, bu təşəbbüs digər dövlətlər tərəfindən maliyyələşdirilməlidir.

Baş nazirin sözlərinə görə, proqram çərçivəsində Çexiya vətəndaşlarının vəsaitindən istifadə olunmayacaq.

“Bu, çex vətəndaşlarının pulu hesabına həyata keçirilən layihə olmayacaq”, – deyə Babiş vurğulayıb.

Rəsmi Praqa beləliklə, Ukraynaya dəstəyi davam etdirmək niyyətini bəyan etsə də, maliyyə yükünü üzərinə götürmək istəmədiyini açıq şəkildə ortaya qoyub. Bu mövqe Avropa daxilində Ukraynaya yardım məsələsində fərqli yanaşmaların mövcudluğunu bir daha göstərir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR