İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident: Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə strateji tərəfdaşlığımızdır

364 05.01.2026 21:25 Son xəbər A A

Hesab edirəm ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər.

Musavat.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Çinin dünyada aparıcı ölkələrdən biri olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR