İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin fərmanı icra olundu: Bundan sonra…

12417 14.04.2026 13:55 Ölkə A A

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsinə başlanılıb.

Musavat.com xəbər verir ki, həmin reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçdiyini elan edib.

Xatırladaq ki, ötən ay Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs yaradılıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyd olunan Fərmanın tələblərinə uyğun olaraq İTSDA ilə birləşmə yolu ilə yenidən təşkil olunduğunu elan edib./İqtisadiyyat.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR