İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “İnsan ömrünü 150 ilə qədər uzatmaq mümkündür”

1268 20.11.2025 03:24 Dünya A A

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsində orta ömür müddətinin artırılmasının əsas prioritetlərdən biri olduğunu bildirib. O, “Sber”in AI Journey-2025 konfransında çıxışı zamanı gələcəkdə insanların daha uzun yaşaya biləcəyini vurğulayıb.

Putin elm və tibbin sürətli inkişafının bu sahədə ciddi nəticələrə yol aça biləcəyini deyib:

“Yəqin ki, ömür müddətini 150 ilə qədər artırmaq olar. Amma yenə də az olacaq. Pul kimi – hər zaman az görünür”, – Rusiya lideri zarafatla bildirib.

Prezident əlavə edib ki, bu istiqamətdə aparılan araşdırmalar və innovasiyalar təkcə insan ömrünün uzadılması ilə deyil, həm də həyat keyfiyyətinin yaxşılaşdırılması ilə nəticələnə bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR