Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşdə Moskva ilə İrəvan arasında münasibətlərin inkişaf etdiyini və ticarət dövriyyəsində müsbət dinamikanın müşahidə olunduğunu bildirib.
Musavat.com xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, tərəflər enerji sahəsində, o cümlədən nüvə energetikası istiqamətində əməkdaşlıq üçün konkret və perspektivli planlara malikdirlər. Putin vurğulayıb ki, bu mövzular ətrafında geniş müzakirələr aparılıb.
“Bizim yaxşı planlarımız var. Nüvə enerjisi də daxil olmaqla enerji məsələlərini müzakirə etdik. İndi təfərrüatlara varmayacağıq, lakin bu mövzuları müzakirə etmək və danışmaq üçün imkan mövcuddur”, – deyə Rusiya Prezidenti qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə öz növbəsində bildirib ki, Ermənistanla Azərbaycan arasında mümkün sülh razılaşması Rusiya ilə münasibətlər üçün də yeni imkanlar aça bilər. Onun fikrincə, regional sabitlik Moskva–İrəvan əlaqələrinin inkişafına əlavə stimul verəcək.
Musavat.com






