Leninqrad vilayətinin Hökumət Evində Rusiya Federasiyasının dövlət mükafatları və regional mükafatların təqdimetmə mərasimi baş tutub.
Musavat.com xəbər verir ki, tədbir 27 fevral 2026-cı il tarixində təşkil edilib.
Rusiya prezidenti Vladimir Putinin 6 fevral 2026-cı il tarixli 59 nömrəli "Rusiya Federasiyasının Dövlət Mükafatlarının Təltif Edilməsi haqqında" sərəncamına əsasən, Leninqrad Vilayət Qanunvericilik Məclisinin sədr müavini Səyyad Əliyev fəal qanunvericilik fəaliyyəti və uzunmüddətli vicdanlı xidmətinə görə 2-ci dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif olunub.
Qeyd olunur ki, Səyyad Əliyev Rusiya regional parlamentinin vitse-spikeri vəzifəsində çalışan Azərbaycan əsilli deputatdır. Mərasim hökumət rəsmilərinin və ictimaiyyətin iştirakı ilə təntənəli şəraitdə keçirilib.
Musavat.com






