İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini hərbi cinayətkar adlandıran tanınmış bloger BELƏ SAXLANILDI - VİDEO

765 17.07.2026 15:05 Dünya A A

Rusiyada hüquq-mühafizə orqanları tanınmış bloger İlya Remeslonu saxlayıb.

Musavat.com xəbər verir ki, Rusiya Silahlı Qüvvələri haqqında "feyk" məlumatlar yaymaqda ittiham olunan blogeri 10 ilə qədər həbs cəzası gözləyir.

Bu barədə ölkənin hüquq-mühafizə orqanlarından məlumat verilib.

Vəkil Sergey Badamşinin verdiyi məlumata görə, bloger daimi yaşadığı Sankt-Peterburq şəhərindən istintaq hərəkətlərinin aparılması üçün Moskvaya etap edilir.

Vəkil həmçinin qeyd edib ki, cinayət işi çərçivəsində Remeslonun evində axtarışlar aparılıb.

İlya Remeslo uzun illərdir kremlpərəst bloger və hüquqşünas kimi tanınır, Rusiya müxalifətinə, xüsusən də Aleksey Navalnıya qarşı kəskin çıxışları ilə seçilirdi. Lakin o, martın ortalarında öz teleqram kanalında ölkə rəhbərliyini sərt tənqid edən bir sıra paylaşımlar edib. Remeslo həmin paylaşımlarında Putinin "legitim prezident olmadığını", "istefa verməli olduğunu və hərbi cinayətkar, həmçinin oğru kimi mühakimə edilməli olduğunu" bəyan edib.

Bu paylaşımlardan cəmi bir gün sonra bloger Sankt-Peterburqdakı İ.İ.Skvortsov-Stepanov adına 3 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 17-də xəstəxanadan buraxılan Remeslo hakimiyyətə qarşı tənqidi mövqeyini dəyişmədiyini bildirib və psixiatriya xəstəxanasına məhz siyasi bəyanatlarına görə salındığına eyham vurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR