ABŞ prezidenti Donald Tramp Nikolas Maduronu Rusiya prezidenti Vladimir Putinlə heç vaxt müzakirə etməyib.
Musavat.com xəbər verir ki, Tramp mətbuat konfransında bildirib ki, o, Putindən razı deyil və ondan qorxmur: "Düşünürdüm ki, ən asan münaqişə Rusiya ilə Ukrayna arasındakı müharibədir, amma hələ ki, onları barışdıra bilməmişəm".
ABŞ prezidenti həmçinin qeyd edib ki, Putinlə danışıqlarının gedişatından narazıdır.
O qeyd edib ki, ABŞ Ukrayna mühraribəsində itkiyə məruz qalmır, əksinə, ondan bəhrələnir: ABŞ NATO-ya çoxlu sayda sursat verir və bunun pulunu alyansın özü ödəyir: "ABŞ pul itirmir. Hətta pul qazana bilirik".
Musavat.com






