İnsanlara hürriyət, millətlərə istiqlal!

Qatardan istifadə edənlərin NƏZƏRİNƏ: Saat 07:10-da...

652 27.02.2026 15:29 Ölkə A A

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Musavat.com-a səhmdar cəmiyyətindən bildirilib.

Belə ki, 21, 23, 25 və 28 mart tarixlərində sərnişinlər bu marşrut üzrə hər iki istiqamətə səfər edə biləcəklər.

Qatar Bakıdan Ağdama saat 07:10-da, Ağdamdan Bakıya isə saat 18:10-da yola düşəcək.

ADY sərnişinlərə bayram hazırlığına indidən başlamağı tövsiyə edir. Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR