İnsanlara hürriyət, millətlərə istiqlal!

Qatlana bilən “iPhone” bu tarixdən SATIŞDA - FOTO

1203 30.08.2025 16:17 Texnologiya A A

"Apple" 2026-cı ildə ilk qatlana bilən "iPhone" modelini bazara çıxaracaq.

Yeni cihaz kitab kimi açılacaq, bağlandıqda 13-15 sm xarici ekran, açıldıqda isə 20 sm daxili ekran təqdim edəcək. Cəmi 9,5 mm qalınlıqda olacaq model bu günə qədər ən nazik "iPhone" sayılacaq.

Smartfon dörd kamera, yan güc düyməsinə inteqrasiya olunmuş Touch ID barmaq izi sensoru və ikinci nəsil C2 modemi ilə təchiz ediləcək. Model yalnız eSIM dəstəkləyəcək, "SIM kart" yuvası olmayacaq.

İlk qatlana bilən "iPhone" qara və ağ rənglərdə təqdim olunacaq. Qiyməti açıqlanmasa da, 1800 dollardan ucuz olmayacağı gözlənilir.|Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR