İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəddafinin öldürülən oğlunun fotosu yayıldı

1609 04.02.2026 04:04 Dünya A A

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin öldürüldükdən sonra çəkilmiş fotosu yayılıb və məlumat bir sıra mənbələrdə yer alıb.

Musavat.com xəbər verir ki, Seyf əl-İslam Qəddafi Liviyanın cənub-qərbində yerləşən Həmadə (Al-Hamada) bölgəsində silahlı qruplaşmalara qarşı keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

Məlumata görə, əməliyyat ölkənin qərb hissəsində fəaliyyət göstərən silahlı dəstələr tərəfindən həyata keçirilib. Bildirilir ki, Seyf əl-İslam Qəddafi əməliyyat zamanı birbaşa hədəf alınıb və aldığı güllə yaralarından hadisə yerində həlak olub. 

2fdee29b-11fe-4454-9fe0-a2f39f1704f8.jpg (56 KB)

Yayılan məlumatlarda qətlin Zintan bölgəsində mövqe tutmuş silahlı qruplaşmalarla əlaqəli qüvvələr tərəfindən törədildiyi qeyd olunur. Hazırda əməliyyatı icra edən konkret silahlı birliyin adı açıqlanmasa da, prosesin yerli silahlı strukturların iştirakı ilə həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, Seyf əl-İslam Qəddafi uzun illərdir Liviyada davam edən siyasi və silahlı qarşıdurmaların əsas fiqurlarından biri hesab olunurdu və onun ölümü ölkədəki mövcud güc balansına ciddi təsir göstərə biləcək hadisə kimi qiymətləndirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR