İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb açıq dedi: Kremlin “qüdrətli ayısı” Ukraynada batdı — 2 aya bu qədər rus hərbçisi məhv olub

362 13.02.2026 20:55 Dünya A A

NATO Baş katibi Mark Rutte Rusiyanın Ukraynada gözlənildiyi kimi sürətlə irəliləmədiyini bildirib.

Musavat.com xəbər verir ki, o, Moskvanın hərbi gücünün şişirdilmiş obraz kimi təqdim edildiyini və bunun əsasən təbliğat məqsədi daşıdığını vurğulayıb.

Rutte qeyd edib ki, Rusiyanı “qüdrətli ayı” kimi göstərmək istəyirlər, lakin reallıqda Rusiya ordusu Ukraynada bağ ilbizi sürəti ilə irəliləyir.

NATO rəhbərinin sözlərinə görə, cəbhədə Rusiya ağır itkilər verir. Bildirilib ki, ötən ilin dekabr ayında təxminən 35 min, yanvar ayında isə 30 min rus hərbçisi məhv olub.

O əlavə edib ki, Kremlin informasiya kampaniyasının məqsədi Qərb cəmiyyətlərində qorxu və yorğunluq yaratmaqdır və bu təbliğatın təsirinə düşməmək vacibdir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR