İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza üçün milyardlarla dollar vəsait ayrılacaq

351 13.02.2026 10:12 Siyasət A A

ABŞ prezidenti Donald Tramp gələn həftə Sülh Şurasının ilk rəsmi iclasında Qəzza zolağını yenidən qurmaq üçün milyardlarla dollarlıq plan elan edəcək.

Musavat.com Associated Press-ə istinadən xəbər verir ki, Tramp administrasiyası Sülh Şurasının 19 fevralda keçiriləcək ilk iclasında ən azı 20 ölkədən nümayəndə heyətinin iştirak edəcəyini gözləyir.

Müharibə nəticəsində viran qalan Qəzza zolağının yenidən qurulması üçün bir neçə milyard dolların, eləcə də ərazinin təhlükəsizliyini təmin edəcək beynəlxalq sabitləşdirmə qüvvələri üçün minlərlə əsgərin ayrılacağı gözlənilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR