İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov onun qalmağını istəyir, amma...

2524 14.04.2026 13:24 İdman A A

“Qarabağ” gələn mövsüm üçün heyətini qoruyub saxlamaq istiqamətində işləri davam etdirir.

Ağdam klubu Marko Yankoviçlə yeni müqavilə imzalamaq niyyətindədir. Baş məşqçi Qurban Qurbanov təcrübəli yarımmüdafiəçinin komandada qalmasında israrlıdır.

Lakin 31 yaşlı futbolçu hələlik gələn təklifləri nəzərdən keçirir və karyerasını vətənində davam etdirmək variantına daha isti yanaşır. Buna baxmayaraq, klub rəhbərliyi Yankoviçi razı salmaq üçün yayda ona yeni sözləşmə təqdim etməyə hazırlaşır.

Qeyd edək ki, monteneqrolu oyunçunun “Qarabağ”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

(idmanxeber.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR